“Real” uduzdu, “Barselona” sevindi
23.12.2012 - 03:57
“Real” uduzdu, “Barselona” sevindi
İspaniya La Liqasında XVII turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, sonuncu oyun günündə 5 qarşılaşma baş tutub.

Çempionatın lideri “Barselona” səfərdə "Valyadolid"lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə Kataloniya təmsilçisi çətinlik çəkmədən qələbə qazanıb – 1:3.

“Barselona”nın əzəli rəqibi “Real” isə azarkeşlərini yenə məyus edib. Belə ki, səfərdə “Malaqa”nın qonağı olan “Kral klubu” meydan sahiblərinə boyun əyib – 3:2.

Bu məğlubiyyətdən sonra Madrid klubunun “Barselona” ilə aralarındakı xal fərqi 16-ya çıxıb. Kataloniyalıların aktivində isə 49 xal var. İkinci yerdə isə 40 xalla “Atletiko” qərarlaşıb.


İspaniya La Liqasında

XVII tur

20 dekabr


"Rayo Valyekano" - "Levante" - 3:0
Naço, 59, Piti, 80, Vaskez, 90

"Espanyol" - "Deportivo" - 2:0
Simao, 31, Stuani, 88

"Real" (Sosyedad) - "Sevilya" - 2:1
Vela, 18, Bella, 69 - Medel, 49

21 dekabr

"Valensiya" - "Qetafe" 4:2
Soldado, 1, Conas, 7, Kosta, 29, Valdes, 89 – Vaskes, 12, Aleksis, 58

"Atletiko" - "Selta" 1:0
Adrian, 71

22 dekabr

"Betis" - "Malyorka" 1:2
Eçeberiya, 5 - Viktor, 30, Markes, 47-pen

"Valyadolid" - "Barselona" 1:3
Querra, 89 - Xavi, 43, Messi, 60, Telyo, 90

"Osasuna" - "Qranada" 1:2
Nino, 6 - Maynts, 41, Benites, 48

"Malaqa" - "Real" 3:2
İsko, 49, Kruz, 73; 76 - Sançes, 66-öz qapısına, Benzema, 82

"Atletik" - "Saraqoza" 0:2
Apono, 31, Poştiqa, 42