Mourinyo: Çempionluq imkansızdır
23.12.2012 - 04:32
Mourinyo: Çempionluq imkansızdır
“Real”ın baş məşqçisi Joze Mourinyo istefa etməyəcəyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı çalışdırıcı İspaniya La Liqasının XVII turunda səfərdə “Malaqa” ilə (3:2) qarşılaşmadan sonra mətbuat konfransı keçirib.

Təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırarkən, “Kral klubu”nu tərk etməyəcəyini bildirib:

“Nə indi, nədə ki, sonra istefa etməyəcəyəm. Siz mənə sual verirsiniz ki, işini itirməkdən qorxursunuzmu? Mən isə deyirəm. Xeyir, heç vaxt. Çünki mən uşaq deyiləm. Bu il La Ligada çempionluqdan çox uzaq düşdük və o, bizim üçün artıq imkansız görünür. Amma öhdəmizə düşəni yerinə yetirməyə davam edəcəyik."

Həmçinin Mourinyo Kasilyasın ehtiyatda qalmasına da aydınlıq gətirib. O, bunun köməkçi məşqçisi ilə birgə verdiyi qərarın olduğunu vurğulayıb:

“Məncə Adan İkerdən daha yaxşıdır. Köməkçi məşqçimlə vəziyyəti aydınlaşırıb və belə bir qərar verdik. Futbolçularım bu gün qələbə qazanmalıydılar, amma bəxtləri gətirmədi”.