Messinin yeni rekordu
23.12.2012 - 04:55
Messinin yeni rekordu
Argentina milli komandasının futbolçusu Lionel Messi yeni dünya rekordunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, “Barselona”lı ulduz, İspaniya La Liqanın sonuncu turunda səfərdə "Valyadolid"in (3:1) qapısından bir qol keçirərək, 2012-ci ildə vurduğu qolların sayını 91-ə çatdırıb.

Qeyd edək ki, Lionel La Liqanın XV turunda "Betis"lə qarşılaşmada Almaniya millisinin əfsanəvi futbolçusu Herd Müllerin (1972) 85 qolluq rekordunu qırıb.