Əziz Yıldırım: Problem yoxdur
23.12.2012 - 05:34
“Fənərbaxça”nın prezidenti Əziz Yıldırım klubun idarə heyətinin üzvləri ilə birgə, Türkiyə Superliqasının sonuncu turu çərçivəsində “Karabükspor”a 1:3 hesablı məğlubiyyətdən sonra istefa verən Aykut Kocamanla görüşüb.
Apasport.az saytının məlumatına görə, daha sonra futbolçuları da iclasa dəvət edən prezident, Kocamanı fikrindən yayındırmaq üçün bir neçə saat danışıqlar aparıb.
Nəhayət, uzun sürən danışıqlardan sonra Yıldırım istəyinə nail olub. Klub prezidenti iclasın ardından Türkiyə mətbuatına bununla bağlı açıqlama verib:
“Bizlər bir neçə saat bu xəbərə üzüldük. Amma problem yoxdur. Futbolçularda bu barə də açıqlama verəcək. Matçdan sonra Aykut Kocamanın elə deməsinin səbəbi var. Çünki stadionda bir qrup azarkeş onu istefaya çağırıb. Mən bunların kimlər olduğunu artıq bilirəm. Komandaya dəstək olan bütün insanlara təşəkkür edirəm”.

0
0