Ferqyusonun hədəfindəki müdafiəçi
23.12.2012 - 06:23
Ferqyusonun hədəfindəki müdafiəçi
"Mançester Yunayted" "Çelsi"nin müdafiəçisi Eşli Koulla yaxından maraqlanır. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar”ın baş məşqçisi Aleks Ferqyuson 31 yaşlı ingilis futbolçunu növbəti mövsümdə komandasında görmək istəyir.

Mövsümün sonunda "zadəganlar”la müqaviləsi başa çatacaq Koulun hansı qərar verəcəyi isə böyük maraqla gözlənilir.

Qeyd edək ki, Eşli Koul 2006-cı ildən “Çelsi”nin şərəfini qoruyur. Bu illər ərzində o, 195 oyunda meydana çıxıb və 7 qola imza atıb.