Kakanı istəyənlərə bəd xəbər
23.12.2012 - 06:51
Kakanı istəyənlərə bəd xəbər
Yan transfer dövrəsində “Qalatasaray”ın gündəmində olan Kaka üçün “Real”ın baş məşqçisi Joze Mourinyo açıqlama verib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı çalışdırıcı braziliyalı futbolçunun qışda heç bir komandaya getməsini istəmədiyini bildirib:

“Mən elə fikirləşmirəm ki, Kaka bizi tərk edib başqa komandaya getsin. O, bizimlə qalacaq. Bunu mən həmişə demişəm. Kakanın Madrid klubunda qalması komandamız üçün yaxşı olar. Çünki o, heyətimizin güclü futbolçularından biridir”.

Qeyd edək ki, Kaka ilə “Qalatasaray”dan başqa “Korintians” və “Nyu York Red Bulls” da yaxından maraqlanır.