Yuri Fomenko Misirdə cavab gözləyir
24.12.2012 - 14:02
“Kəpəz”in futbolçusu Yuri Fomenko yeni ili Afrikada keçirəcək. Apasport.az saytının məlumatına görə, ukraynalı hücumçu ailəsi ilə birgə Misirə yollanıb.
Çempionatın axırıncı turunda “Sumqayıt”a səfərdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra vətəninə yollanan Fomenko oradan başqa qitəyə üz tutub.
Futbolçu istirahətdə olduğu vaxtda isə komandası legionerlərin xidmətindən imtina etməyi qərara alıb.
Belə ki, gəncəlilər onsuz da əcnəbilərlə də son pillədə olduğundan, onları saxlamağı lazım bilməyib. Sadəcə, artıq 2-ci mövsümdür “Kəpəz”in şərəfini qoruyan Yuri onun bombardiri olduğundan, haqqında yekun qərar verilməyib. Müqavilə ilə mövsümün sonuna kimi kluba məxsus olan legioner gələcək taleyi ilə bağlı ölkəmizdən cavab gözləyir.

0
0