Nikolas Kanales şikayətləndi: Elə bildim zarafat edirlər
24.12.2012 - 15:26
Nikolas Kanales şikayətləndi: Elə bildim zarafat edirlər
“Dekabrın 25-də oyunumuz olacağını eşidəndə, buna inanmadım. Elə bildim mənimlə zarafat edirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin çilili futbolçusu Nikolas Kanales deyib.

Topaz Premyer Liqasının bombardiri Çili mətbuatına açıqlama verib. O, sabah – Milad bayramı günü oyunun keçirilməsindən gileylənib: “Milad günündə meydana çıxmaq qəribə bir şeydir. Amma tez də yadıma düşdü ki, Azərbaycanda əhalinin böyük hissəsi müsəlman olduğundan, Milad bayramı burda qeyd olunmur. Həyatımda ilk dəfə bayramı düzgün qeyd edə bilməyəcəyəm. Əvvəl oyun, ardınca isə mənimlə bir otaqda qalan braziliyalı ilə birlikdə olacağam. O da bayramı öz ailəsi ilə birlikdə keçirə bilmir. Biz heç “yolka” da bəzəməyəcəyik. Ürəyim ailəmlə bir masada olmağımı istəyir. Çilidən minlərlə kilometr uzaqda bayram edə bilmərəm”.

Qeyd edək ki, “Neftçi” sabah çempionatın lideri “İnter”in qonağı olacaq.