Fərid Quliyev “Turan”ı iddiasız komanda sayır - MÜSAHİBƏ
24.12.2012 - 16:33
“Turan” klubunun futbolçusu Fərid Quliyevin apasport.az saytına müsahibəsi
- Baş məşqçiniz Əfqan Talıbov qış fasiləsində komandadan gedən futbolçular arasında sizin də adınızı göstərib. Onun dediyinə görə, başqa klubdan təklif aldığınız üçün Tovuzda qalmaq istəmirsiniz...
- Artıq hamı bilir ki, mən bu komandadan çıxmışam. Özüm “Turan”dan ayrılmaq istədim.
- Səbəb nə idi: Maddi amillər, yoxsa daha güclü komandada oynamaq istəyi?
- Hər ikisi. Əsasən də daha yaxşı, daha iddialı klubda oynamaq istəməyim.
- Belə çıxır ki, “Turan” sizi qane etmir?
- Real baxsaq, “Turan”ın “altılığ”a düşməyə gücü çatmaz. Bunun baş verəcəyi inandırıcı deyil.
- Ancaq Talıbovun gəlişindən sonra “Turan”da döyüşkən komanda formalaşıb...
- Doğrudur. Fikir versək, “Turan” ötən mövsümə 19 xal toplamışdı. Ancaq indi hələ çempionatının ilk yarısı bitməmiş artıq 20 xal toplayıb. Biz də sevinirik ki, “Turan” üçün nəsə edə bildik. Fikrimcə, komanda rəhbərliyi bizdən narazı qalmaz. Hamı mənim “Turan”a necə, nəyə görə qoşulduğumu bilir. Onda “transfer pəncərəsi” bağlanırdı və mən mövsümün gedişində komandaya qatılaraq, ona kömək etməyə çalışdım. Ancaq qış fasiləsində “transfer pəncərəsi” açılır və komandanı dəyişmək imkanı yaranır. Mən də qarşısına yüksək məqsədlər qoyan, “altılığ”a düşüb, mükafatlar, Avropaya vəsiqə uğrunda mübarizə aparan komandada oynamaq istəyirəm.
- Yəni bu tələblər “Turan”da olsaydı qalardınız?
- Əlbəttə. Bu, həm maddi vəziyyət, həm də iddia, məqsədlə bağlıdır. Ancaq göstərilən səbəblər olmadığından, getmək istədim.
- Klubla cari mövsümün sonuna kimi müqaviləniz var. Belə olan halda, başqa kluba keçidinizə problem yaratmayacaqlar?
- Yox. Bu, rəhbərliklə mənim aramda olan söhbətdir. Danışığımız olub, problem yaranmayacaq.
- Hansı klubdan təklif almısınız? Adınız daha çox “Qarabağ” ətrafında hallanır...
- Çempionat indi bitib. Hara gedəcəyim yaxın günlərdə bilinəcək.
- “Qarabağ”a keçidiniz nə dərəcədə realdır?
- Hələ indidən dəqiq bir şey deyə bilmərəm.
- Digər variantınız var ki, seçim etməli olursunuz?
- Mümkünsə, keçidim haqda hələ bir şey deməyim. Çünki məndə transfer barədə əvvəl danışanda, sonradan problemim yaranır. Ümumiyyətlə, mən keçidim həll olunmamış danışmağı xoşlamıram.
- Ancaq digər futbolçular adlarının başqa klublarda hallanmağında reklam tərəfindən maraqlıdırlar...
- Ola bilər. Ancaq mən bu məsələdə fərqli fikirdəyəm.

0
0