Milan Azərbaycana gəlmək istəməyib
24.12.2012 - 17:03
“O, yayda Serbiyaya getmək istəyirdi və bizdən buna icazə verməyimizi istədi. Ancaq tələb etdi ki, maaşının 75 faizini ona ödəyək. Təbii ki, bununla razılaşmadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Visla”nın vitse-prezidenti Yatsek Bednaj serbiyalı qapıçı Milan Yovaniç haqda deyib.
Əsas heyətdən çox, əvəzedici komandada gününü keçirəm 27 yaşlı qolkiper payızın sonlarında Krakov təmsilçisinə göndərdiyi məktubda klubla müqaviləsini birtərəfli şəkildə pozduğunu bildirib. 2015-ci ilin iyununa kimi Polşa klubu ilə müqaviləsi olan Yovaniçin bu addımı “Visla” rəhbərliyi tərəfindən təəccüblə qarşılanıb.
Belə ki, Bednaj sport.pl saytına verdiyi açıqlamasında onun yayda ölkəmizdən gələn təklifə “yox” dediyini də xatırladıb: “Biz ona bərpa olunmaq üçün pulsuz hansısa bir komandaya icarəyə getməyi təklif etdik. Ancaq o qəti şəkildə dedi ki, onun üçün pul önəmlidir. Bizdə məlumat vardı ki, Azərbaycandan bir klub onunla birbaşa müqavilə bağlamağa hazırdır. Ancaq Milan bu ölkəni bəyənmədiyini bildirib bu variantdan da imtina etdi. Macarıstandan da təklif vardı. Bu dəfə də oyunçu baxışa getməkdən vaz keçdi”.

0
0