AFFA-da klublarla qapalı görüş olacaq
24.12.2012 - 17:15
Sabah AFFA-da klublarla görüş olacaq. Apasport.az saytının məlumatına görə, saat 11:00-da AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Topaz Premyer Liqasının iştirakçılarının rəhbərliyi ilə görüşü keçiriləcək.
Məqsəd Topaz Premyer Liqasında mövcud vəziyyətin müzakirəsi, problemlərdən çıxış yolları haqda fikir mübadiləsi aparılmasıdır. Görüş mətbuat üçün qapalı olacaq və müvafiq məlumatlar affa.az və affavideo.az saytında yerləşdiriləcək.
Mənbə: affa.az.

0
0