Vüsal Əliyev: Nə qədər gücüm varsa...
24.12.2012 - 18:04
“Adımın FİFA hakimliyindən çıxarılmağı mənim üçün gözlənilməz olmadı. AFFA-nın bu məsələ ilə bağlı öz fikri var. Ancaq mən Hakimlər Komitəsinə müraciət etmişdim ki, yerimə gənc hakimin adı göndərilsin”. Bu fikirləri apasport.az saytına açıqlamasında FİFA hakimi Vüsal Əliyev deyib.
AFFA 2013-cü il üçün FİFA-ya adlarını təsdiqləməyə göndərdiyi baş hakimlər arasında böyük dəyişiklik edib. Belə ki, Əliyevlə Fariz Yusifovun yerinə FİFA referiləri kimi gənc hakimlər – Əliyar Ağayevlə Rəhim Həsənovun adları göndərilib.
AFFA-nın qərarını düzgün hesab edən beynəlxalq dərəcəli hakim yolu gənclərə verməyi daha düzgün sayır: “Artıq 43 yaşım var. İndi mən gedirəm, yerimə gənclər gəlir. Bir vaxt gələcək, onlar da yaşlaşacaq, gənclərlə əvəzlənəcəklər. Əsas odur ki, Azərbaycan futbolunun inkişafına kömək olaq və gənc hakimlər beynəlxalq miqyasda ölkəmizi layiqincə təmsil etsinlər”.
Əliyev gənc hakimlərdən onların nail ola bilmədiyi uğurları qazanmalarını gözləyir: “Əliyarla Rəhimə müvəffəqiyyətlər arzulayıram. Biz təcrübəli hakimlər onlara dəstək oluruq və bacardığımız köməyi göstərməyə hazırıq. Tutaq ki, UEFA mənə ildə 1 oyun verir. Bundansa, mən kənarda qalım və gənc hakimlərə daha çox oyun verildiyindən, onlar FİFA hakimləri olsunlar. Əslində, belə də olmalıdır. Ümid edirəm ki, gənc hakimlərimiz daha yüksək kateqoriyaya yüksələcəklər”.
O, 2005-ci ildən başlayan beynəlxalq karyerasını belə dəyərləndirib: “Məncə, FİFA hakimliyim pis olmadı. 2 dəfə Avropa çempionatının seçmə mərhələsində idarəçilik etdim. Mənə görə AFFA-ya göndərilən qiymət mənfi olmadı. Cərrahiyyə əməliyyatından sonra zədəm tam aradan qalxıb. Bundan sonra bütün diqqətimi daxili yarışlara yönəldəcəyəm. Nə qədər gücümsa var, hakimlik edəcəyəm. Gələcəkdə beynəlxalq dərəcəli hakim-inspektoru olmaq planımda var”.

0
0