“Bakı” axtardığı hücumçunu Ukraynada tapdı
24.12.2012 - 18:18
Topaz Premyer Liqasında işləri yaxşı getməyən “Bakı”nın hücum xəttinə almaq istədiyi oyunçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, Ukrayna I dəstəsində mübarizə aparan “Stal”ın hücumçusu Roman Loktionovdur.
Hücum xəttində Vangelis Mantsiosla yolları ayıran “Bakı”da Uinston Parks zədəsindən əməliyyat olunub. Maris Verpakovski isə ümidləri doğrultmur. Bu üzdən “zolaqlılar” Alçevsk təmsilçisinə məxsus olmasına baxmayaraq, 26 yaşlı hücumçunu almaqda israrlıdır. Hətta klub futbolçunun məzuniyyətdən qayıtmasını gözləyir.
Ancaq “Bakı”nın əsas rəqibi Ukrayna Premyer Liqa təmsilçisi “Vorskla”dır. Hətta Poltava klubu sabiq futbolçusunu almaq üçün “Stal”la əlaqə də saxlayıb və hazırda oyunçunun özündən və komandasından təklifə cavab gözləməkdədir.
Qeyd edək ki, Loktionov mövsümün ilk hissəsində aşağı dəstənin ən yaxşı oyunçularından biri olub. Keçirdiyi 21 oyunda 10 qol vuran futbolçu football.ua saytının keçirdiyi sorğuda rəmzi yığmaya da düşməyi bacarıb.

0
0