Nazirlik Böyükağa Hacıyevi mükafatlandırdı
24.12.2012 - 18:32
Azərbaycanda 2012-ci ilin ən yaxşı məşqçiləri və hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyinin bu gün “Buta” sarayında ilin yekunları ilə bağlı təşkil etdiyi mükafatlandırılma mərasimində hər 2 sahədə fərqlənən 10 nəfərin adları açıqlanıb.
Məşqçilərdə ən yaxşılar Elçin Zeynalov, Məhəmməd Əliömərov, Saypulla Apsaidov, Firdovski Umudov (hamısı güləş), Nəriman Abdullayev (boks), Zlatan Vanev (ağırlıqqaldırma), Sergey Əhmədov (atletika), İbrahim İbrahimov (cüdo), Böyükağa Hacıyev (futbol) və Elxan Əliyev (basketbol) sayılıb.
Fərqlənən hakimlər isə Hicran Şərifov, Əjdər Cəfərov (hər ikisi güləş), Vahid Nəzərov (ağırlıqqaldırma), Rövşən Hüseynov (boks), Natalya Bulanova, Rza Əliyev (gimnastika), Faiq Hüseynov (şahmat), Eldar Zülfüqarov (voleybol), Əliyar Ağayev (futbol) və Fikrət Vəliyev (qılıncoynatma) olub.

0
0