Rauf Əliyev: Normal təklifi qəbul edərəm
25.12.2012 - 00:02
“Qarabağ” klubunun hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi
- Komandanızın Topaz Premyer Liqasının arxada qalan 18 turu ərzində çıxışına necə qiymət verərdiniz?
- Komanda yaxşı vəziyyətdədir. Son 6-7 turda məğlub olmadıq. Bəzi oyunlarda heç-heç etdik, digərlərində isə qələbə qazandıq. Hesabat turunda “Xəzər Lənkəran”ı yenməyimiz isə lap yerinə düşdü. Bu da istirahətə yaxşı əhval-ruhiyyədə yollanmağımıza imkan verdi. Cari mövsümdə komandanın qarşısına çempion olmaq tapşırığı qoyulub. Fasilədən sonra bunun davamını gətirməyə və mayda mövsümü zirvədə başa vurmağa çalışacağıq.
- “Qarabağ”ın sabit çıxış etməməyi nə ilə bağlıdır?
- Bu hal mövsümün əvvəlində yaşandı. Bəzi futbolçularımız zədəli, bir qismi isə cəzalı olduğu üçün oynaya bilmədilər. Həmin vaxt vacib xallar itirdik. Artıq hər kəs öz yerini tutub. Bu da nəticədə öz əksini tapır. Əsas odur ki, bunun davamını gətirək.
- Maraqlıdır ki, bu proses hər il yaşanır. Əvvəllər bunu avrokubok oyunlarının yorğunluğu ilə izah edirdiniz. Ancaq yayda qitəmiqyaslı yarışlarda iştirak etməsəniz də, həmin hal təkrarlandı...
- Əslində, pis başlamamışdıq. 3-4 tur yaxşı oynadıq. Sadəcə, AZAL-la görüşdən sonra bir müddət özümüzə gələ bilmədik. Həmin qarşılaşmada sanki komanda meydanda yox idi. Görünür, bu böyükhesablı yenilginin təsirindən qaynaqlanırdı. Əsas odur ki, tez toparlana bildik.
- “Qarabağ” son illər ilk dəfə çempionluq uğrunda mübarizə apardığını açıqlayıb. Necə düşünürsüz, komanda bunun üçün yetişibmi?
- Bu heyət demək olar 3-4 ildir bir yerdə oynayır. Artıq çempionluq üçün mübarizə aparmalıyıq. Əvvəlki illərdə avrokuboklara vəsiqə qazanmaq qarşımıza məqsəd kimi qoyulurdu. Bu dəfə çempion olmaq üçün yarışırıq.
- Adətən əvvəlki illərdə daha çox “Qarabağ”ın Avropa Liqasındakı uğurluları haqda danışılırdı. Bu dəfə “Neftçi”nin kölgəsində qaldınız. Bu sizə yeni stimul verirmi?
- Bir azərbaycanlı kimi buna sevindim. Onlar bizdən artığını reallaşdırdılar. Çalışacağıq ki, “Neftçi”dən artığını edək. Əslində, bu özlüyündə yaxşı haldır. Çünki bizi rəqabət aparmağa məcbur edir. Qazanan isə futbolumuz olacaq.
- Bəs yığmanın başa çatmaqda olan 2012-ci ildəki çıxışını necə dəyərləndirirsiniz?
- Normal çıxış etdik. Portuqaliya ilə oyunu çıxmasaq, qalanlarında pis təsir bağışlamadıq. Rusiya ilə qarşılaşmanın son dəqiqələrində məğlub olduq. Şimali İrlandiyanı udmağa yaxın olsaq da, son 30 saniyədə rəqib hesabı bərabərləşdirdi. Bakıda İsraildən üstün oyun nümayiş etdirdik. Milli nəticə baxımından heç vaxt qrup mərhələsinə bu qədər yaxşı start verməmişdi.
- Yayda “Xəzər Lənkəran”a keçməyə yaxın idiz. Bəs qış fasiləsi zamanı hansısa kluba keçidiniz gündəmə gələ bilərmi?
- “Qarabağ”la müqaviləm var. Komandada qalmaq istəyirəm. Haqqımda çox yazılır ki, filan komandaya keçmək istəyir. Hiss edirəm ki, rəhbərlik də başqa komandaya keçmək istədiyimi düşünür. Belə olan halda, pis vəziyyət düşürəm. Haqqımda bu qədər yazmasalar, daha yaxşı olar. Çünki “Qarabağ”da qalacam.
- Nizami Hacıyevin Polşadan təklif alması və az maaş qarşılığında ora yollanmaq istəyi yerli futbolçular üçün bir stimul ola bilərmi?
- Normal təklif olsa, qəbul edərəm.
- Normal təklif deyərkən nəyi nəzərdə tutursuz?
- Məsələn, Türkiyə Superliqasında çıxış edən ortabab klublardan təklif gəlsə, qəbul edərəm. Əsas odur ki, Azərbaycandan qırağa çıxasan. Orada özünü göstərdikdən sonra, daha yaxşı klublara keçmək olar.
- 2012-ci il şəxsi həyatında nə ilə yadda qalacaq?
- Yığma səviyyəsində özümü yaxşı tərəfdən göstərə bilsəm də, bunu klub oyunlarına aid etmək olmaz. Gözləmədiyim nəticə ilə qarşılaşdım. Qol vura bilmədim. Mətbuat tərəfindən də kifayət qədər təzyiqlər oldu. Yazırdılar ki, necə hücumçudur ki, qol vura bilmir. Üstümə çox düşdülər. Mən də fərqlənmək istəyirdim. Bunu edə bilməyəndə tez yazırdılar ki, Raufun fikri yəqin başqa komandadadır, getmək istəyir. Bu mənə çox pis təsir edir. Bilmirəm, niyə belə yazırlar. Hər dəfə qol vurmayan kimi, belə şeylər yazmaq nə dərəcədə düzgündür? Yenə deyirəm, “Qarabağ”dayam və heç bir komandaya keçmək haqda düşünmürəm.

0
0