“Qarabağ” qələbə sayını 300-ə çatdırıb
24.12.2012 - 21:37
“Qarabağ” qələbə sayını 300-ə çatdırıb
Bildiyiniz kimi dünən Topaz Premyer Liqasının XVIII turu başa çatıb. Apasport.az saytının məlumatına görə, sonuncu tur “Qarabağ” üçün əlamətdar olub.

Belə ki, ölkə çempionatının bütün mövsümlərində güclülər dəstəsində çıxış edən komanda “Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub edib. Bununla da “Qarabağ” tarixi qələbə əldə edib.

Belə ki, bu matçadək 574 oyun keçirən komanda 139 dəfə uduzub, 136 dəfə heç-heçə etməklə 299 qələbə qazanmışdı. Lənkəranlılar üzərindəki qələbə isə sayca 300-cü odu. Texniki nəticələri top fərqində nəzərə almasaq 819 yop vuran komanda bu müddətdə 492 top buraxıb. Texniki qələbələrin sayı isə 15-ə bərabərdir.

Qeyd edək ki, “Qarabağ”a qədər yalnız “Neftçi” 300 qələbə səddini arxada qoymağı bacarıb və qələbə sayına görə, Ağdam təmsilçisini qabaqlayır.

Tarixi qələbələr

1-ci 1992 06.05.1992 Qarabağ (Ağdam) - Şirvan (Kürdəmir) 6:0

100-cü 1996/97 27.04.1997 Fərid (Bakı) - Qarabağ (Ağdam) 1:2

200-cü 2004/05 08.04.2005 Qarabağ (Ağdam) - MOİK (Bakı) 1:0

300-cü 2012/13 20.12.2012 Qarabağ (Ağdam) - Xəzər Lənkəran 1:0

“Qarabağ”ın qələbələri mövsümlər üzrə

mövsüm qələbə evdə səfərdə neytral

1992 24 15 9
1993 11 8 1 2
1993/94 21 13 8
1994/95 13 9 4
1995/96 13 8 4 1
1996/97 23 14 9
1997/98 14 9 5
1998/99 20 15 5
1999/2000 5 5 0
2000/01 5 4 1
2001/02 13 8 5
2003/04 19 11 8
2004/05 22 13 9
2005/06 12 7 5
2006/07 6 4 2
2007/08 11 5 6
2008/09 14 6 8
2009/10 14 9 5
2010/11 17 11 6
2011/12 15 9 6
2012/13 8 5 3
Cəmi 300 188 109 3

“Qarabağ” qələbələri baş məşqçilər üzrə

1 Ağasəlim Mircavadov 71
2 Qurban Qurbanov 68
3 Şahin Diniyev 32
4 Nazim Mehrəliyev 26
5 Elbrus Abbasov 25
6 İqor Ponomaryov 22
7 Böyükağa Ağayev 21
8 Cavanşir Novruzov 14
9 Rasim Kara 14
10 Elxan Abdullayev 4
11 Elşad Əhmədov 3

“Qarabağ”ın qalib gəldiyi hesablar

80 dəfə - 1:0
50 dəfə - 2:1
45 dəfə - 2:0
30 dəfə - 3:0
25 dəfə - 3:1
15 dəfə - +:-
11 dəfə - 3:2
9 dəfə - 4:1 və 4:0
7 dəfə - 5:0
6 dəfə - 4:2
4 dəfə - 5:1
3 dəfə - 6:1
2 dəfə - 6:0, 5:2 və 7:0


Mənbə: pfl.az