Emin Mahmudov yenidən Rusiya U-21 millisinə dəvət edildi
24.12.2012 - 22:07
Emin Mahmudov yenidən Rusiya U-21 millisinə dəvət edildi
Rusiya “Spartak”ında çıxış edən azərbaycanlı futbolçu Emin Mahmudov Rusiyanın U-21 milli komandasına dəvət edilib. Apasport.az-ın klubun saytına istinad məlumatına görə, yanvar ayının 14-dən 28-dək Sankt-Peterburq şəhərində keçiriləcək “Birliyi kuboku” üçün təlim-məşq toplanışına Mahmudovdan başqa, onun 4 komanda yoldaşı da çağırılıb.

Onlar yarımmüdafiəçilər İlya Kutepov, Dmitri Kayumov, hücumçular Aleksandr Kozlov və Vladimir Obuxovdur.

Qeyd edək ki, Emin Mahmudov ötən il də Rusiya U-21-nin tərkibində “Birlik kuboku”na qatılmışdır.