Radomir Antiç Anelka ilə Droqbaya rəqib oldu
24.12.2012 - 23:39
Radomir Antiç Anelka ilə Droqbaya rəqib oldu
Serbiya milli komandasının sabiq baş məşqçisi Radomir Antiç özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 64 yaşlı mütəxəssis bundan sonra Çin təmsilçisi "Şandonq"u çalışdıracaq. “Real” (1991-1992), “Atletiko”(1995-2000) və “Barselona” (2003) kimi güclü komandalarda işləyən Antiç, yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Radomir Antiç 2010-cu ildən bu yana işsizdir. Onun sükanı arxasına keçdiyi "Şandonq", başa çatan Çin çempionatını 10-cu yerdə bitirib.