Ruslar martda braziliyalılarla üz-üzə gələcək
25.12.2012 - 00:09
Azərbaycan milli komandasının "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində rəqiblərindən olan Rusiya yığmasının mart ayında yoldaşlıq görüşündə qarşılaşacağı komandanın adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız 5 dəfə dünya çempionluğuna sahib olan Braziliya millisi ilə görüşəcək.
Sözügedən yığmaların yoldaşlıq oyunu London "Çelsi"sinin "Stemford Bric" stadionunda reallaşacaq.
Qeyd edək ki, Rusiya millisi "DÇ-2014"ün seçmə mərhələsində növbəti matçını martın 22-də səfərdə keçirəcək. Onların rəqibi isə Şimali İrlandiya yığması olacaq.

0
0