“Kefim pozulmayıb”
25.12.2012 - 00:42
İspaniya La Liqasının 17-ci turunda səfərdə “Malaqa” (3:2) ilə qarşılaşmada ehtiyatda qalan “Real”ın qolkiperi İker Kasiliyas açıqlama verib. Apasport.az saytının məlumatına görə, İspaniya milli komandasının da əlcək sahibi bundan sonra çalışmalarına davam edəcəyini bildirib.
Jurnalistlərin suallarını cavablandıran 31 yaşlı qapıçı buna görə, kefinin pozulmadığını vurğulayıb:
“Ehtiyatda qalmağıma mən alışmamışam. Lakin buna baxmayaraq komanda Kasiliyasdan öncə gəlir. Kimin meydana çıxıb-çıxmayacağına isə baş məşqçimiz qərar verə bilər. Məni oynatdığı zaman necə bir şərh etmirdisə, oynatmadığı zaman da şərh etmək məcburiyyətində deyil. Buna görə də, kefim heç də pozulmayıb. Formamı isə Adandan geri almaq üçün çox çalışacağam”.
Qeyd edək ki, İker Kasiliyas “Malaqa” - “Real” qarşılaşmada 10 ildən sonra ilk dəfə ehtiyatda saxlanılmışdır.

0
0