“Real” azarkeşlərinin istəyi
25.12.2012 - 03:59
Azarkeşlər “Real”ın baş məşqçisi Joze Mourinyonun komandadan getməsini istəyir. Apasport.az saytının məlumatına görə, İspaniya La Liqasının 17-ci turunda səfərdə “Malaqa” (3:2) ilə qarşılaşmada ehtiyatda saxladığı qapıçı İker Kasiliyas üçün “Kral klubu”nun 82 % azarkeşi portuqaliyalı çalışdırıcının komandadan uzaqlaşdırlmasını tələb edir.
Oyundan sonra İspaniyanın məşhur “Marka” qəzetinin “Mourinyo “Real”dan qovulmalımı?” sorğusuna, 100 min azarkeşin 82 %-ı, bəli deyib. Bu isə o deməkdir ki, artıq Madrid klubunun azarkeşləri Jozenin komandanın başında qalmasına narazıdır.
Qeyd edək ki, İker Kasiliyas “Malaqa” - “Real” qarşılaşmada 10 ildən sonra ilk dəfə ehtiyatda saxlanılmışdır.

0
0