Abidal PSJ-nin istəyinə rədd cavabı verib
25.12.2012 - 04:21
Fransa PSJ-si "Barselona"nın müdafiəçisi Erik Abidalla yaxından maraqlanır. Apasport.az saytının məlumatına görə, artıq Paris təmsilçisi həmvətəninə təklif də göndərib. Bunu Abidalın özü də təsdiqləyib.
“Football Espana"ya müsahibə verən Erik, PSJ-yə getmək istədədiyini açıqlayıb:
“Mənim üçün arxada qalan müddət heç də yaxşı olmadı. Bu günlər mənim üçün pis keçdi. Amma yaxınlarım, doğmalarım hər zaman mənimlə oldular. Gələcək karyerama gəldikdə isə PSJ-nin məni transfer etməsi doğrudur. Lakin mən karyeramı "Barselona"da başa vurmaq istəyirəm. Çünki mən və ailəm burada çox xoşbəxtik".
Qeyd edək ki, 2012-ci ilin aprel ayında qara ciyəri dəyişdirilən Erik Abidal artıq Kataloniya klubu ilə məşqlərə başlayıb.

0
0