Ebue “Cim-Bom”dan uzaqlaşdırıla bilər
25.12.2012 - 05:41
Ebue “Cim-Bom”dan uzaqlaşdırıla bilər
“Qalatasaray”da Emmanuel Ebue şoku. Apasport.az saytının “Fanatik.com”a istinad məlumatına görə, Kot d‘Iuvar milli komandasının üzvü qışda komandasından ayrıla bilər. Buna səbəb isə onun həm klubunda, həm də yaşadığı evdə qonşuları ilə problemləri yaranmasıdır.

Ötən bazar Türkiyə Superliqasının 17-ci turunda “Trabzonspor”la (0:0) qarşılaşmanda komanda yoldaşı Melo ilə onun arasında ciddi bir insident baş vermişdir. Daha sonra isə hər iki futbolçunun insidentinə paltar dəyişmə otağında son qoyulub.

Həmçinin yazılan məlumatda, Emmanuelin daha öncə məşqlərdə problem çıxardıqları da bildirilir. Bu isə o deməkdir ki, Ebue “Cim-Bom”la yollarını ayırmağa çox yaxındır.

Qeyd edək ki, Emmanuel Ebue İstanbul klubuna “Arsenal”dan 2011-ci ildə transfer olunub. O, meydana çıxdığı 46 matçda 3 qola imza alıb.