Rumıniyalı futbolçu həyatla vidalaşdı
25.12.2012 - 06:23
Rumıniyalı futbolçu həyatla vidalaşdı
Rumıniya futbolunda ağır itki baş verib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı Kristian Tudor dünyasını dəyişib. Qara ciyər serrozundan həyatla vidalaşan futbolçu, torpağa sabah doğma şəhəri Bistritsada dəfn ediləcək.

Qeyd edək ki, Kristian Tudor peşəkar karyerasına 1998-cu ildə “Qloriya”da başlayıb. 4 il bu klubun şərəfini qoruyan futbolçu daha sonra İtaliyada (“Pistoeze”) legioner həyatı yaşayıb. Burada da 1 mövsüm keçirdikdən sonra 2002-ci ildə Moldova “Şerif”inə transfer olunub. Daha sonra Tudor 2003-cü ildə “Alaniya”, 2004-cü ildə isə “Moskva”da (hər ikisi Rusiya) top qovub. 2006-cı ildə yenidən “Alaniya”ya qayıdan forvard daha 3 il bu komandanın formasını geyinib. Tudor 2009-cu ildə “Qloriya”ya qayıtsa da, artıq çəki səbəbindən heyətdə möhkəmlənə bilməyib.