Rail Məlikov “Şaxtyor”a qarşı oynayacaq
25.12.2012 - 11:46
“Çempionata hamının bildiyi çətinliklərlə başlayan bir komandayıq. İli 17 tura 21 xal toplamaqla tamamladıq. Edilməsi lazım olanları etdik. Bu andan etibarən gələcəklə bağlı planlarımıza köklənməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Dənizlispor”un baş məşqçisi Səlahattin Dərvənt deyib.
Son turda “Bucaspor”a məğlub olaraq (1:0) ili XII sırada bitirən Rail Məlikovun komandası istirahətə çəkilməyib. Bu həftə klubun bazasında və Pamukkale Universitetində test verən “Dənizlispor” bundan sonra istirahətə çəkiləcək.
Dənizli təmsilçisi yanvarın 2-dən etibarən Antalyanın Manavqat bölgəsində məşqlərə başlayacaq. Komanda 10 günlük hazırlıq müddətində “Selin” otelində qalacaq. Yanvarın 20-də isə “Dənizlispor”u çempionatda “1461 Trabzon”la oyun gözləyir.
Superliqaya çıxmağı hədəflədiyini deyən Dərvənt komandada 28 sahə oyunçusu və 4 qapıçı olmasını istədiyini bildirib. “Turan”ın sabiq məşqçisi bunun üçün yeni transferlərlə bərabər, əvəzedici komandadan və aşağı yaş qruplarından futbolçu götürəcəklərini də istisna etməyib.
Qeyd edək ki, “Dənizlispor” Antalyada olduğu müddətdə 4 yoxlama oyunu keçirəcək. Bunlar ikisi Karaqanda “Şaxtyor”u və Superliqa komandalarından biri olacaq. Digər rəqiblərin tapılması məsələləri ilə yaxınlarda ölkəmizə gəlmiş vitse-prezident İhsan Niyaz və baş menecer Mehmet Ali Kəskinlər məşğul olacaq.

0
0