“Cavidi göndərsəydilər, maaşını verməzdilər”
25.12.2012 - 14:03
“Cavid Hüseynovun “Adana Dəmirspor”dan alacaq pulları vardı. Ancaq ötən həftə bu pulların bir qismi verildi. Cavid onların çox böyük hissəsini alıb”. Bu sözləri apasport.az saytına açıqlamasında Cavid Hüseynovun türkiyəli meneceri Barış Güçlü deyib.
Milli komandamızın üzvünün maliyyə məsələləri ucbatından “Adana Dəmirspor”dan erkən ayrılması gündəmdədir. Ancaq futbolçunun meneceri bu problemin aradan qalxdığını və onun yanvarda komandaya qoşulacağını bildirib: “Bildiyinizə görə, ilk turlarda Cavid əsas heyət üzvü idi. Ancaq sonradan milli komandanın düşərgəsinə qoşulduğundan, əsas heyətdəki yerini itirdi. Onun yerində oynayan futbolçunun vaxtında isə komanda ardıcıl qələbələri sıraladı. Üstəlik, baş məşqçi dəyişikliyi də bunda öz sözünü dedi. İndi meydana sonradan daxil olur. Bununla belə, onun komandadan ayrılması söhbət mövzusu deyil. Əvvəllər maddi duruma görə onun klubdan ayrılması söhbəti vardı. Ancaq indi maaşlarını aldığından, yanvarın 3-də Cavidin birbaşa komandanın Antalya toplanışına gələcəyini deyə bilərəm. Əvvəllər tənhalığa görə də darıxırdı. İndi isə həyat yoldaşı və uşağı da onunla birgə Adanada yaşayır”.
Sabah baş məşqçi Mustafa Uğur klub rəhbərliyinə hesabat təqdim edəcək. Burda göndəriləcək futbolçuların isimləri yer alacaq. Ancaq Güçlü siyahıda Cavidin adının yer alacağına inanmır: “Cavidi göndərsəydilər, maaşını verməzdilər. Onun 2014-cü ilin mayın 31-dək klubla müqaviləsi var. Bilirlər ki, maaşlarını verməsələr, klubdan FİFA-ya şikayət edə bilər. Deməli, azı yaya kimi onu saxlamaq niyyətindədirlər”.
Səbuhi TOFİQOĞLU

0
0