“İnter” Premyer Liqanın formatının dəyişməsini istəyir
25.12.2012 - 15:17
“AFFA və PFL rəhbərliyinin klub nümayəndələri ilə görüşündə bir sıra məsələlər müzakirə olundu. Qərara aldıq ki, belə işgüzar görüşlər ildə 2 dəfə keçirilsin”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in prezidenti Georgi Nikolov deyib.
AFFA-nın inzibati binasında assosiasiya, PFL və klub rəhbərlərinin iştirakı ilə baş tutan görüşdən sonra tədbir haqda danışan Nikolov bildirib ki, əsas müzakirə mövzusu çempionatın formatı olub: “Əksər klublar indiki formatın saxlanılmasının tərəfdarı oldu. Biz “İnter” klubu olaraq bunun əleyhinəyik. Görüşdə də 12 komandalı 3 dövrəli çempionatın keçirilməsini təklif etdik”.
Nikolovun sözlərinə əsasən, tədbirdə stadionların durumuna da toxunulub: “Əsas problem Sumqayıt, Gəncə və Tovuz stadionları ilə bağlıdır. Sumqayıtlılar görüşdə dedilər ki, 2 aya meydanın durumu qənaətbəxş səviyyədə olacaq. Digər 2 stadionun ot örtüyündəki problem isə AFFA və PFL-in köməyi ilə həll olunacaq”.

0
0