İmanxan Sultani sərt danışdı: HK istədiyi özbaşınalığı edir
25.12.2012 - 16:43
“İndiki hakimlikdə çoxlu səhvlər var. Düzdür, nəsildəyişmə prosesi gedir. Gənc hakimləri təcrübəlilər əvəzləyir. Ancaq bu proses bizdə normal şəkildə getmir”. Bu sözləri apasport.az saytına açıqlamasında sabiq beynəlxalq dərəcəli hakim İmanxan Sultani deyib.
Hazırda Xəzər rayonunda yerləşən orta məktəblərdən birində bədən tərbiyəsi fənni üzrə müəllim işləyən Sultani hakimliyin səviyyəsindən çox narazıdır.
O, indiki hakimliyin müəyyən məqsədlərə xidmət etdiyini söyləyib: “Futbolçulara münasibət birmənalı olmadığı kimi, hakimlərə də ola bilməz. Ancaq ölkə xaricinə toplanışlara aparılan hakimlərin siyahısına baxdıqda, tanışlığın, qohumbazlığın əlamətlərini görməmək mümkün deyil. Kim Premyer Liqada təyinat alırsa, kənarda qalır. Ancaq Bakı birinciliyində, aşağı dəstədə hakimlik edənlər toplanışa çağırılır. Bu, hansı məntiqə sığır?”
Sultani bəzi hakimlərin cəzasız qalmasına da münasibət bildirib: “Ad çəkmək istəmirəm. Ancaq özünüz yaxşı bilirsiz ki, mən hansı hakimləri nəzərdə tuturam. Eləsi var ki, ən xırda səhvə görə cəzalandırılır. Ancaq hakim də var ki, ardıcıl hər oyunda ciddi səhvlərə yol verir, lakin cəzasız qalır. Çünki həmin səhvlər əvvəldən müəyyən edilmiş komandaların oyununda baş verir. O komandaların oyunları zamanı məhz belə səhvlər bağışlanır. Bir sözlə, Hakimlər Komitəsi istədiyi özbaşınalığını edir”.
Təcrübəli referi Vüsal Əliyev və Fariz Yusifovun yerinə gənc hakimlərin adının FİFA-ya göndərilməsini də yaxşı hal saymır. O, Əliyar Ağayevlə Rəhim Həsənovun beynəlxalq oyunlara göndərilməsini erkən atılmış addım kimi qiymətləndirib: “Fikrimcə, Vüsalla Farizin adı hələ FİFA referiləri siyahısında qalmalı idi. Ancaq elə başa düşülməsin ki, mən gənc hakimlərin əleyhinəyəm. Əliyar da, Rəhim də istedadlı hakimlərdir. Ancaq onların da səhvləri az deyil. Məncə, onların adını FİFA-ya göndərməklə tələskənliyə yol verilib. Hər iki hakim daxili çempionatda püxtələşməli idi. Təcrübəsinə görə Anar Salmanovu beynəlxalq dərəcəli oyunlarda adımızı yüksəldəcəyinə inanmaq istərdim. Özbəkistandan yaxşı hakim çıxırsa, bizdən niyə çıxmamalıdır ki?”
Səbuhi TOFİQOĞLU

0
0