“Simurq”un prezidenti Böyükağa Hacıyevə cavab verdi MÜSAHİBƏ
26.12.2012 - 00:01
“Simurq” klubunun prezidenti Anar Bəkirovun apasport.az saytına müsahibəsi
- AFFA-da keçirilən görüşlə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Bizim üçün də yaxşı oldu ki, klubların rəhbər şəxsləri ilə görüşdük. Fikirlərimizi izah etdik. Bəzi qərarlarla razılaşdıq, bəziləri ilə yox. Razılığa gəldik ki, hər 3 aydan sonra bir də görüşək.
- Klub prezidenti kimi, toplantıda hansı təklifləriniz oldu?
- Təklifim uşaq futbolu ilə bağlı idi. Bunu da pozitiv şəkildə qəbul elədilər. Hansısa klubun yetişdirdiyi futbolçunu başqa komanda alanda nəsə kompensasiya ödənilsin. Hakimliklə də bağlı çox müsbət şəkildə söhbətlər oldu.
- Hakimliklə bağlı narazılığınız yoxdur ki?
- Öz təklifimizi irəli sürdük. Ümid edirik ki, həyata keçəcək.
- Hakimlər Komitəsində dəyişiklik edilməsi fikrini söylədiniz?
- Yox. Əcnəbi hakimlə bağlı fikri səsləndirildi. Ancaq hər şey Peşəkar Futbol Liqasından asılıdır.
- “İnter” və “Simurq”un “qardaş komandalar” olması, öz aralarındakı oyunların nəticəsinin əvvəlcədən müəyyənləşdiyi barədə çoxlu fikirlər səslənir. Son günlər isə “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bu komandaların “altılıq”da xalları bir-birinə verəcəyi ilə bağlı narazılığını bildirib...
- Hansı məşqçi olsa da, “Neftçi” irəli gedir. “İnter”lə sonuncu oyunda biz udmuşuq. Bilmirəm, o xalları hansı futbolçular bağışlayıb. Ancaq rəhbərlik səviyyəsində belə bir şey yoxdur və olmayacaq da. Üstəlik, “altılıq”da mübarizə daha da gərginləşəcək və “Simurq” ilk pillələrdə gedir. Hələ şansımız bitməyib və biz də Avropada oynamaq istəyirik. Əgər 6 xalı paylayırıqsa, nəyə görə “altılığ”a girəsiyik?
- Deməli, “altılıq”da “İnter” və “Simurq” arasındakı oyunlar şəffaf keçəcək?
- Əlbəttə. Başqa cür ola da bilməz.

0
0