Ferqyusondan Van Persiyə tərif
25.12.2012 - 21:42
“Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyuson komandasının hücumçusu Robin Van Persini tərifləyib. Apasport.az saytının məlumatına görə, şotlandiyalı çalışdırıcı mövsümün əvvəlində “Arsenal”dan transfer edilən hollandiyalı futbolçunun, “qırmızı-şeytanlar”ın turnir cədvəlində liderliyə yüksəlməsində böyük rol oynadığını vurğulayıb:
“Komanda oyununa həmişə üstünlük verdiyimi hər kəs bilir. Biz meydanda oyunu tək bir futbolçunun üzərində qurmuruq. Ancaq bəzi hallarda bu baş verir. Həmin o anlarda da Van Persi bizlərə kömək olur”
Qeyd edək ki, Robin Van Persini mövsümün əvvəlindən bu yana “Mançester Yunayted”də 15 qola imza atıb. Bunların 12-ni isə İngiltərə Premyer Liqasının oyunlarında vurub.

0
0