VII “Sabahın ulduzları” mükafatlandırıldı
25.12.2012 - 22:43
Bu gün keçirilən “İnter” – “Neftçi” oyununun fasiləsində Bakı Futbol Federasiyasının 2011-2012-ci il mövsümündə təşkil etdiyi VII “Sabahın ulduzları” paytaxt çempionatı laureatlarının və Bakı Kuboku uğrunda yarışın qaliblərinin təntənəli mükafatlandırma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, bu mövsüm Bakı Kubokunu qazanan “İnter”in 2001-2002-ci il təvəllüdlü futbolçularına mükafatlar təqdim edilib.
1999-2000-ci il təvəllüdlülərin qrupunda isə 2-ci yeri “İnter” tutmuşdur. Məşqçi Hikmət Hüseynovun yetirmələri gümüş medallarla, Kubokla və 2-ci dərəcəli diplomla mükafatlandırılıb. “Bankirlər”in oyunçusu Nadir Qasımov isə VII “Sabahın ulduzları” paytaxt çempionatının “Ən yaxşı hücumçu” nominasıyası üzrə xüsusi mükafata layiq görülüb.

0
0