Emenike yenidən sabiq komandasına qayıda bilər
25.12.2012 - 23:27
Emenike yenidən sabiq komandasına qayıda bilər
2010-2011 mövsümün sonunda "Fənərbaxça"ya “Karabükspor”dan transfer edilən və bir neçə aydan sonra Moskva "Spartak"na keçən Emanuel Emenike yenidən sabiq komandasına qayıda bilər. Apasport.az saytının məlumatına görə, artıq “sarı-bülbüllər”in rəhbərliyi nigeriyalı hücumçunu komandasında görmək üçün rus klubu ilə danışıqlara başlayıb.

İstanbul təmsilçisi Emenikenin transferini həll etmək üçün moskvalılara 10 milyon avroluq təklif göndərib. Lakin "Spartak" türk klubundan 15 milyon avro istəyib. Hər iki tərəf razılığa gəldikdə isə Emanuelin yanvardan "Fənərbaxça"nın formasını geyinəcəyi bildirilir.

Qeyd edək ki, Emanuel Emenike Moskva "Spartak"nın heyətində 37 oyunda meydana çıxıb və 18 qola imza atıb. Nigeriya milli komandasının da şərəfini qoruyan forvard 7 matçda forma geyinib və rəqib qapılarından 3 qol keçirib.