Fasilə başladı: Hamı Türkiyəyə!
26.12.2012 - 00:16
Dünən keçirilən "İnter" - "Neftçi" oyunu ilə Topaz Premyer Liqasında ilə yekun vuruldu. Apasport.az saytının xəbərinə görə, elita klublarını qarşıda 46 günlük fasilə gözləyir. Belə ki, XIX tura gələn ilin fevralın 9-da start veriləcək.
Komandalar fasilə dönəmində yalnız istirahət etməyəcəklər, vaxtlarının böyük qismini mövsümün qalan bölümünə hazırlaşmağa sərf edəcəklər. Artıq "Sumqayıt" və "Kəpəz" istisna olmaqla, digərlərinin təlim-məşq toplanışı planları bəllidi. Komandalardan 9-nun Türkiyənin Antalya şəhərinə yollanacağı dəqiqləşib.
Simurq
Premyer Liqanın sürpriz iddialısı "Simurq" da əksər klublarımız kimi Türkiyəyə yollanacaq. Antalyadakı hazırlıq prosesi yanvarın 10-dan fevralın 1-dək müddəti əhatə edəcək. Ancaq komandanın hansı oteldə qalacağı hələ dəqiqləşməyib. Zaqatalalılar orada 2-3 yoxlama oyunu keçirməyi düşünürlər. Rəqiblərin kimliyinə yanvarda aydınlıq gələcək.
İnter
"Bankirlər" yanvarın 11-dən fevralın 4-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. Qardaş ölkədə toplanışda olacaq təmsilçimizin yoxlama oyunlarından birindəki rəqibi də bəllidi. Belə ki, "İnter" Almaniyanın aşağı dəstə təmsilçisi "Aalen"lə qüvvəsini sınayacaq. Yanvarın ortalarında Bələk şəhərinə gedəcək alman klubu 1 həftəlik toplanışda 3 yoxlama matçından sonuncusunda bakılılarla görüşəcək.
Qarabağ
Ağdam klubu yanvarın 9-u bir araya gələcək və təlim-məşq toplanışı üçün birbaşa Antalyaya yollanacaq. Fevralın 3-nə qədər davam edəcək hazırlıq prosesi zamanı komanda Bələkdə "İC Santai" otelində məskunlaşacaq. "Qarabağ"ın Türkiyədə keçirəcəyi yoxlama matçlarının sayı dəqiq bilinməsə də, baş məşqçi Qurban Qurbanov yanvarın 29-da və fevralın ilk günlərində qarşılaşacaqları rəqiblərin daha zəif olmasını istəyir. Çünki komandanın əsas üzvləri yanvarın 29-dan fevralın 6-dək Dubayda toplanışda olacaq millimizin düşərgəsində yer alacaqlar.
Neftçi
Son çempion da Antalyaya üz tutacaq. Paytaxt klubu Türkiyəyə yanvarın 10-u və ya 11-i gedəcək. İki mərhələdən ibarət olacaq toplanış fevralın 3-də tamamlanacaq. İlkin toplanış müddətində komanda "Mardan Palace" otelində qalacaq. Hazırlıqların 2-ci mərhələsi zamanı isə "Neftçi"nin hansı oteli seçəcəyi dəqiqləşməyib.
"Ağ-qaralar"ın hazırlıq prosesi dönəmində yoxlama oyunu keçirəcəyi 2 komandanın adı bəllidi. Böyükağa Hacıyevin rəhbərlik etdiyi kollektiv Xorvatiya və Polşa klubları ilə qarşılaşacaq. "Neftçi" 8 dəfə Xorvatiya çempionu olmuş "Hayduk" və Polşa təmsilçisi "Poloniya" (Varşava) ilə üz-üzə gələcək. Oyunların vaxtı hələ dəqiqləşməyib. "Neftçi"nin ötən il olduğu kimi, Antalyada Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunacaq turnirdə iştirakı da mümkündü.
Qəbələ
"Qəbələ"nin ölkə xaricində keçirəcəyi təlim-məşq toplanışının vaxtı məlumdu. Əyalət klubu mövsümün qalan bölümünə yanvarın 20-dən fevralın 3-dək Antalyada hazırlaşacaq. Komanda 15 günlük toplanış müddətində ötən qış olduğu kimi eyni oteldə qalacaq. Belə ki, bölgə təmsilçisi Bələkdə yerləşən "Gloria Serenity" otelində məskunlaşacaq. Komanda orada 4 yoxlama oyunu keçirəcək. Artıq qarşılaşmaların vaxtına da aydınlıq gəlib. Belə ki, matçlar yanvarın 22-si, 25-i, 28-i və fevralın 1-nə nəzərdə tutulub. Ancaq hələ rəqiblərin adlarına aydınlıq gəlməyib.
Xəzər Lənkəran
Cənub təmsilçisinin hazırlıq planlarına tam ölçüdə aydınlıq gəlib. Lənkəranlılar qış fasiləsindəki təlim-məşq toplanışını Türkiyədə reallaşdıracaqlar. Antalyada təxminən 20 günlük toplanış keçirəcək "Xəzər Lənkəran" bu müddətdə 5 yoxlama oyununda qüvvəsini sınayacaq. Artıq komandanın rəqiblərindən 3-ü müəyyənləşib. Belə ki, Karles Bakesin rəhbərlik etdiyi kollektiv yanvarın 19-da Rumıniyanın "Rapid" klubunu sınağa çəkəcək. 3 gün sonra Ukraynanın "Krivbass" klubu ilə üz-üzə gələcək lənkəranlılar yanvarın 26-da Çexiya "Prişbram"ı ilə qarşılaşacaqlar. Digər iki rəqib isə hələ müəyyənləşməyib.
AZAL
AZAL-ın bütün oyunçuları dekabrın 22-də "Neftçi" ilə oyundan sonra istirahətə çəkilib. Komanda bir də gələn il bir araya gələcək. Yanvarın 7-8-də düşərgəyə qoşulan futbolçular paytaxtda tibbi müayinədən keçəcək. Həmin ayın 10-11-də legionerlər də komandaya qoşulacaq. "Təyyarəçilər" təlim-məşq toplanışının 2-ci mərhələsini ölkə xaricində keçirəcək. AZAL əksər klublarımızdan geri qalmayaraq Antalyaya üz tutacaq. Vaqif Sadıqovun yetirmələrinin yanvarın 15-dən fevralın 2-dək Türkiyədə hazırlıq keçməsi nəzərdə tutulub. "Təyyarəçilər" orada 4 yoxlama oyununda qüvvəsini sınayacaq.
Sumqayıt
"Sumqayıt"ın qış fasiləsindəki hazırlıq planına hələ aydınlıq gəlməyib. Nə komandadan gedəcək futbolçular, nə də təlim-məşq toplanışının məkanı müəyyənləşməyib.
Turan
Tovuzlular da ölkə xaricinə yollanmağı planlaşdırırlar. Ancaq hələlik konkret hansı ölkəyə gedəcəklərini dəqiqləşdirməyiblər. "Turan"ın Gürcüstan və Türkiyə variantlarından birinə üstünlük verəcəyi gözlənilir. Qərb klubu ya Batumiyə, ya da Antalyaya yollanacaq.
Komanda yanvarın 5-8-də Tovuzda bir araya gələcək. Əvvəlcə oyunçulardan test götürüləcək, həkim müayinəsi olacaq. Yanvarın 15-dən isə ölkə xaricinə çıxılacaq. Bu toplanış 14 günlük olacaq. Komanda fevralın 1-də Tovuza gəlib uyğunlaşma prosesi keçəcək.
Bakı
"Zolaqlılar" yanvarın 15-dən 30-dək Antalyada təlim-məşq toplanışında olacaq. Komanda Türkiyədə olduğu müddətdə "Rixos Premium" otelində qalacağıq. Komandanın baş məşqçisi Bojidar Bandoviç 3-4 yoxlama oyunu keçirməyi planlaşdırır.
Rəvan
Paytaxt klubunun hazırlığı ölkə daxilində, yaxud xaricdə keçirəcəyi dəqiqləşməyib. Bu, 2-3 günə bilinəcək. Lakin plan tərtib olunub, məşq proqramı hazırdı.
Yanvarın 9-da yerli futbolçular həkim müayinəsindən keçəcək, ertəsi məşqlər başlayacaq. Ayın 14-də isə legionerlər düşərgəyə gələcək.
Kəpəz
Gəncə təmsilçisinin qış fasiləsindəki hazırlıq planına hələ aydınlıq gəlməyib. Lakin böyük ehtimalla sonuncu pillədə qərarlaşan "Kəpəz" ölkə xaricinə çıxmayacaq. Komanda ən yaxşı halda, ötən il olduğu kimi, yoxlama oyunu keçirmək üçün Gürcüstana yollana bilər.

0
0