Andoni Subisarreta: Vilyanı unut
26.12.2012 - 01:52
Andoni Subisarreta: Vilyanı unut
“Barselona”nın idman direktoru Andoni Subisarreta “Arsenal”ın baş məşqçisi Arsen Vengerə mesaj göndərib. Apasport.az saytının məlumatına görə, “topçular”ın fransalı çalışdırıcısı David Vilyanı qışda sərəncamında görmək istəyirdi.

Lakin İspaniya millisinin əfsanəvi qapıçısının açıqlaması Vengerin planlarını alt-üst edib.

Belə ki, Subisarreta heç kəsin komandadan göndərilməyəcəyini bildirib:

“Yanvar ayında Vilyanı komandamızda saxlayacağıq. “Barselona”nın ulduz futbolçularından heç biri Kataloniya klubunu tərk etməyəcək. Heç bir komanda isə onları bizim əlimizdən ala bilməyəcək. Bunları unutmayın”-deyə, Subisarreta, bildirib.

Qeyd edək ki, Andoni Subisarreta 1986-cı ildən 1994-cü ilə qədər “Barselona”nın çərçivəsini qoruyub. 51 yaşlı qolkiper 410 dəfə bu klubun heyətində çıxış edib.