“Xəzər Lənkəran”ın “Rapid”lə oynayacağı dəqiqləşdi
28.12.2012 - 10:26
Moldova çempionatında qış fasiləsinə 27 xalla 6-cı sırada yollanan “Rapid” Antalyada olduğu müddətdə klublarımızdan biri ilə yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, Qidiqiç təmsilçisi yanvarın 19-da özü kimi 6-cı sırada olan “Xəzər Lənkəran”la qarşılaşacaq. Bu haqda məlumatı Moldova çempionatının rəsmi saytı təsdiqləyib.
Qeyd edək ki, “Xəzər Lənkəran” Antalyada 20 günlük toplanış keçirəcək. Lənkəran təmsilçisinin yanvarın 22-də Ukraynanın “Krivbass” və 26-da isə Çexiyanın “Prşibram” klubları ilə də qarşılaşacağı gözlənilir. Bundan başqa, daha 2 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

0
0