Bəhruz Şirəliyev: Bu dəfə Avropa bazarına üstünlük verəcəyik
28.12.2012 - 13:55
“Hazırda yalnız Ekrem Hociçlə yolları rəsmi şəkildə ayırmışıq. Bosniyalı futbolçu ilə qarşılıqlı şəkildə müqavilə pozulub. Yolları ayırmaq istədiyimiz digər iki legioner isə Nemanya Vidakoviçlə Frensis Bossmandır. Bu futbolçuların məsələsinə yanvarda baxılacaq. Qarşılıqlı şəkildə razılığa gəlib anlaşmalarına xitam verə bilməsək, azı 6 ay da bizdə oynayacaqlar”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev deyib.
Klub rəsmisi syerra-leoneli Şeriff Sumanın komandadan ayrılmayacağını, Davud Kərimiyə isə “Neftçala”ya getməkdə maneçilik yaratmayacaqlarını bildirdi: “Sumanın komandadan getməsi məsələsi Kemal Alispahiçin dönəmində vardı. O, ehtiyatda qalmasından narazı idi. Ancaq indi o yenidən əsas heyətdə meydana çıxacaq. Qapıçımız Davud Kəriminin isə “Neftçala”ya keçəcəyini eşitmişəm. Ona transfer vərəqini almaqda problem yaratmayacağıq”.
Hazırlıq planlarına aydınlıq gəlməyən 3 klub var ki, bunlar “Sumqayıt”, “Kəpəz” və “Rəvan”dır. Şirəliyevin sözlərinə görə, buna ilin əvvəllərində aydınlıq gələcək: “Yanvarın əvvəllərində baş məşqçi Ramil Əliyevlə birgə harda hazırlıq keçəcəyimizi müəyyənləşdirəcəyik. Hələ ki, heç nə bəlli deyil. Ancaq hansı ölkələrdən futbolçu transfer edəcəyimizi deyə bilərəm. Bu dəfə Avropa bazarına üstünlük verəcəyik. Polşa, Slovakiya, Çexiya və Ukraynadan futbolçu gətirmək fikrimiz var. Həmin futbolçular baxışa da gələ bilər, birbaşa müqaviləyə də”.
Səbuhi TOFİQOĞLU

0
0