“Neftçi” serbiyalı müdafiəçiyə təklif göndərdi
28.12.2012 - 17:01
“Neftçi”nin maraqlandığı daha bir futbolçunun adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, paytaxt klubu “Yanq Boyz”un serbiyalı müdafiəçisi Duşan Veşkovatsı heyətinə qatmaq istəyir.
Polşanın nicesport.pl saytının iddiasına əsasən, 26 yaşlı mərkəz müdafiəçisi ilə “Neftçi” ilə yanaşı, Kiyev “Arsenal”ı da maraqlanır. Veşkovats İsveçrənin ən təcrübəli arxa xətt oyunçularından sayılır. Duşan 2006-cı ildən bu ölkədə çıxış etsə də, onun İsveçrə Super Liqasındakı təcrübəsi 2008-ci ildən başlayır.
Həmin ildən bu ölkənin elita klubları olan “Lütsern” və “Yanq Boyz”da üst-üstə 100-dən çox oyun keçirib. Ancaq cari mövsüm zədəli olduğundan, Veşkovats Bern klubunda cəmi 8 oyuna çıxıb və əsas heyətdəki yerini itirib. Bu üzdən serbiyalı futbolçunun yanvarda iş yerini dəyişəcəyi gözlənilir.
Əslində, “Neftçi”nin mərkəz müdafiəçisi axtarışında olması xəbərin doğruluğunu göstərir. Çünki Elvin Yunuszadəni Qyoko Hacievskinin çalışdırdığı “Əl-Taavon”a satmağa hazırlaşan “ağ-qaralar” onun yerinə İqor Mitreski kimi təcrübəli futbolçu axtarır.
Qeyd edək ki, bundan öncə, Polşa mətbuatı “Visla”nın serbiyalı qapıçısı Milan Yovaniçin və “Şlyonsk”un kapitanı Sebastyan Milanın ölkəmizdən təklif aldığını iddia edib. Həmkarlarımız hətta polşalı yarımmüdafiəçi Milaya görə “Neftçi”nin 450 min avro verməyə hazır olduğunu bildirir.

0
0