“Andrey Popoviçin məsələsini “Bakı” ilə həll etmişik”
28.12.2012 - 17:40
Azərbaycan milli komandasının qapıçısı Andrey Popoviçin cari mövsümdə çıxışını “Turan”da davam etdirəcəyi dəqiqləşib. Klubun vitse-prezidenti Namiq Məstanov apasport.az saytına açıqlamasında 21 yaşlı milliləşdirilən ukraynalı qapıçının müqavilə ilə məxsus olduğu “Bakı” ilə məsələni həll etdiklərini bildirib.
Onun sözlərinə görə, “zolaqlılar” Andreyi qaytarmaqda maraqlı deyillər: “Popoviçlə icarə müqaviləmiz mövsümün sonuna kimidir. “Bakı” ilə anlaşmamızda belə şərt vardı ki, Andrey qışda ona lazım olmasa, bizdə qalacaq. Bakılılar onu qaytarmağa ehtiyac duymadığından, qapıçı mövsümün sonuna kimi bizə məxsusdur. Elə AZAL-dan icarəyə götürdüyümüz ukraynalı müdafiəçi Ruslan Zubkovla da anlaşma eyni idi. Onunla da bağlı müqavilə ilə məxsus olduğu klubu qış fasiləsində qərarını verəcəkdi. AZAL-dan hələ cavab gəlməyib. Əgər baş məşqçimiz Zubkovun xidmətində maraqlı deyilsə, deməli, futbolçu komandamızda qalmayacaq”.
Qeyd edək ki, “Turan” intizamsızlığa görə kənarlaşdırdığı Popoviçi AFFA rəhbərliyinin müraciətindən sonra bağışlayaraq, ona son şans verib.

0
0