Sxadadze: 2012-ci ili 12 qolla
28.12.2012 - 18:03
“İnter” klubu başa çatmaqda olan 2012-ci ilə yekun vurub.
Apasport.az-ın məlumatına görə, klubun rəsmi internet saytı ilin statistik göstəricilərini açıqlayıb. Burada 2012-ci ildə baş tutan 41 qarşılaşma əks olunub.
“İnter”in keçirdiyi görüşlərdən 14-ü 2011/2012, 18-i 2012/13 mövsümünün Premyer Liqası çərçivəsində, 4-ü ötən, 1-i cari mövsümün kubok yarışlarına təsadüf edib. Daha 4 qarşılaşma isə Avropa Liqasında baş tutub.
Kaxaber Sxadadzenin yetirmələri 41 matçda 19 qələbə əldə edib, 13 oyunu “sülh”lə başa vurub və 9 dəfə rəqibindən zəif olub. Vurulmuş və buraxılmış qollar arasında fərqdəki üstünlük 2 dəfədən də çoxdur – 47:23.
“İnter” başa çatmaqda olan ildə ən böyük qələbəni Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində Estoniya təmsilçisi “Trans”a qarşı keçirdiyi oyunda əldə edib - 5:0. Maraqlıdır ki, 2012-ci ildə komanda yalnız 1 dəfə 1 topdan çox fərqlə məğlub olub. Bu isə 2011/2012 mövsümündə Premyer Liqa oyunları çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirilən qarşılaşmada baş verib. Həmin vaxt “İnter” rəqib komandaya 0:2 hesabıyla uduzub.
2012-ci ildə “İnter” 47 qol vurub (orta hesabla 1 oyunda 1,15 qol). Bakılıların heyətində 13 futbolçu fərqlənib: İbrahima Niasse, Nizami Hacıyev, Bronislav Çervenka, Baçana Sxadadze, Enyo Krastovçev, Girts Karlson, Asif Məmmədov, Georgi Adamiya, Slavço Georgiyevski, Tales Şütz, Vladimir Levin, Samir Zərgərov və Cako Arafat. Daha 2 top avtoqol sayəsində qeydə alınıb.
2012-ci ildə “İnter”in ən yaxşı bombardiri rəqib komandaların qapısından 12 qop keçirmiş Baçana Sxadadzedir. Nizami Hacıyev 9, İbrahima Niasse 7, Vladimir Levin 3, Asif Məmmədov, Samir Zərgərov, Slavço Georgiyevski, Georgi Adamiya və Tales Şüts hərəyə 2 dəfə fərqlənib. Hazırda komandanın heyətində çıxış etməyən Enyo Krastovçev, Girts Karlson, Bronislav Çervenka və Cako Arafat isə hərəyə 1 qol vurublar.

0
0