Pike və Şakira hamıya “atdı”
28.12.2012 - 18:16
Pike və Şakira hamıya “atdı”
“Barselona”nın futbolçusu Herard Pike və sevgilisi, dünya şöhrətli müğənni Şakira övladlarının dünyaya gəldiyini açıqlamaqla hamını aldadıblar. Apasport.az saytının məlumatına görə, onların uşaqlarının doğulmağı ilə bağlı xəbər zarafat imiş.

Belə ki, müdafiəçi “Twitter” sosial şəbəkəsindəki səhifəsində Şakiranın ona yeni il hədiyyəsi kimi oğlan dünyaya gətirdiyini yazıb. O, sonradan uşağın adı ilə bağlı yazısında zarafat etdiklərini açıqlayıb. Sən demə, bu gün İspaniyada aldatma günü qeyd olunur.