Peter Xrappan qovuldu
28.12.2012 - 18:55
Peter Xrappan qovuldu
Oynadığı müddətdə müdafiənin etibarlı oyunçularından birinə çevrilən Peter Xrappan yayda “İnter”i tərk etdikdən sonra Slovakiyanın “Dukla” klubuna transfer oldu. Apasport.az saytının məlumatına görə, slovakiyalı futbolçunun vətənindəki işləri heç də uğurlu alınmayıb.

Belə ki, noyabrda ciddi zədə alması Xrappanı futboldan kənar qoyub. O, 19 tura Banska-Bistritsa klubunun heyətində cəmi 9 oyun keçirməyə müvəffəq olub. Bunu görən klub rəhbərliyi onunla yolları ayırmaq qərarına gəlib.