“Qarabağ” 2012-ci ilin ən yaxşısını müəyyənləşdirdi
28.12.2012 - 20:30
 “Qarabağ” 2012-ci ilin ən yaxşısını müəyyənləşdirdi
Hər il olduğu kimi “Qarabağ” ilin ən yaxşılarını seçib. Apasport.az-ın klubun saytına istinad məlumatına görə, ənənəvi olaraq sorğuya komandanın idarə, texniki və inzibati heyəti qatılıb.

Beynəlxalq standartlardan fərqli olaraq, 2012-də meydana çıxan 25 futbolçunun seçilmə imkanı vardı. (2012-ci ilin ilk yarısında “Qarabağ”da oynayanlar səsverməyə daxil edilməyib).

Müəyyənləşmiş 25 futbolçu 25 ballıq şkalayla qiymətləndirilirib. Yəni, 25-ə qədər xal 25 futbolçu arasında paylaşdırılmalı idi. Klubun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanovun da qatıldığı sorğu olduqca maraqlı alınıb. İlk pillənin sahibi gərgin mübarizə nəticəsində qələbə qazanıb.

Ötən ilin qalibi Admir Teli və ilin 2-ci yarısında sürət yığan Vüqar Nadirov arasında gərgin mübarizə sonuncunun minimal hesablı qələbəsi ilə yekunlaşıb. Ötən il bütün oyunlarda əvəzlənmədən meydanda olan Albaniyalı stopper, “Neftçi” və “Xəzər-Lənkəran”la oyunlarda vurduğu gözəl qollarla qələbə gətirən Nadirova məğlub olub.

3-cü sırada isə yayda Ağdam klubuna transfer olaraq hər kəsin rəğbətini qazanan Riçard Almeyda tutub. 4-cü yerdə Ansi Aqolli, 5-ci pillədə isə Qara Qarayev yer alıb.

Bütün qaliblər

2008 - Maksim Medvedev
2009 - Vaqif Cavadov
2010 – Rauf Əliyev
2011 – Admir Teli
2012 – Vüqar Nadirov