“Real”ın istəyi rədd edildi
28.12.2012 - 20:58
“Real”ın istəyi rədd edildi
İspaniya La Liqasında işləri yolunda getməyən Madrid “Real”ı yenidən "Tottenhem"in müdafiəçisi Qaret Beyli komandasına gətirmək üçün görüşlərə başlayıb. Apasport.az saytının İngiltərə mətbuatına istinad məlumatına görə, Marselonun zədəli olmasından sonra sol cinahında ciddi problemləri yaranan Madrid klubu bunu uesli futbolçu ilə doldurmağı planlaşdırır.

Xəbərdə verilən məlumata görə, “Kral klubu” Beyl üçün 60 milyon avrosundan keçməyə hazırdır. Lakin London klubu 23 yaşlı futbolçunu satmaq istəmədiyini bildirib.

Qeyd edək ki, bir neçə gün bundan öncə "Tottenhem"in baş məşqçisi Andre Villaş-Boaş da Qaret Beyli komandada saxlayacaqlarını vurğulamışdır.