Ançelotti Ronaldo və Mourinyonun iddialarına aydınlıq gətirdi
28.12.2012 - 22:15
PSJ-nin baş məşqçisi Karlo Ançelotti Kriştiano Ronaldonun Paris klubuna transfer ediləcəyi xəbəri haqda açıqlama verib. Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı portuqaliyalı futbolçunun komandasına keçməsinin ehtimal edilmədiyini bildirib.
O, klubunda yetərli qədər oyunçuların olduğunu və heç kəsə ehtiyacının olmadığını ifadə edib: “Ronaldonu transfer etmək üçün yetərli qədər pulumuz yoxdur. O, çox istedada sahib futbolçudur. Kriştiano kimi oyunçularla işləməyi sevirəm. Mətbuatda qeyd edilən yazılarda portuqaliyalı futbolçunun PSJ-ə keçməsinin bir mənası yoxdur. Hazırda heyətimizdə 30 futbolçu var və Mauranında bizə transfer edilməsindən sonra heç bir oyunçuya ehtiyacımız qalmayacaq”
Həmçinin Ançelloti gündəmdə olan əsas xəbərlərdən biri, Joze Mourinyonun özü ilə əvəz olunacağı söz-söhbətlərinə də aydınlıq gətirib. Təcrübəli mütəxəssis bunların doğru olmadığını vurğulayıb: “Bu məsələdə mən çox rahatam. PSJ-nin həm Ronaldo, həm də Mourinyo ilə maraqlandığı xəbərlərini Əl-Thani ailəsindən biri gündəmə gətirib. Axı o, klubun sahibi deyil. Çünki mən klubun sahiblərinin belə bir fikirdə olmadığına əminəm”.

0
0