Reyesə yeni təklif
29.12.2012 - 00:11
Reyesə yeni təklif
Mövsümün ikinci yarısı üçün heyətini gücləndirməyi planlaşdıran “Fənərbaxça” yenidən Xose Antonio Reyeslə yaxından maraqlanır. Apasport.az saytının “As” qəzetinə istinad məlumatına görə, İstanbul klubu daha öncədə transfer etmək istədiyi yarımmüdafiəçiyə 3 illik müqavilə bağlamağı təklif edib. Futbolçu isə bunun qarşılığında 4 milyon avro alacaq.

Xəbərdə o da bildirilir ki, “sarı-bülbüllər”in baş məşqçisi Əziz Yıldırım Reyeslə görüşüb və futbolçudan cavab gözləyir. Klub rəhbərinin ona yüksək məbləğdə məvacibin verməsində məqsəd isə yarımmüdafiəçini tezliklə komandaya gətirməkdir.

Qeyd edək ki, Reyesin həm meneceri, həm də atası Rikardo Qomes onun tez-tez meydana çıxa bilməməsindən narahatdır. Bu isə o deməkdir ki, yarımmüdafiəçi “Fənərbaxça”nın təklifini dəyərləndirəcək.