Arda Turan “Arsenal”a keçməyə yaxındır
29.12.2012 - 02:30
Arda Turan “Arsenal”a keçməyə yaxındır
Bu mövsüm İspaniya La Liqasında yaxşı çıxış edən “Atletiko”nun futbolçusu Arda Turan ingilis klublarının maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, türkiyəli futbolçu ilə həm “Liverpul”, həm də ”Arsenal” yaxından maraqlanır.

Britaniya mətbuatının xəbərinə görə, Arda ilə Madrid təmsilçisinin arasında olan 24 milyon avroluq təzminatı haqqını artıq “Arsenal” ödəməyə hazırdır. Lakin bu xəbərdə “topçular” 25 yaşlı futbolçu ilə neçə illik müqavilə bağlamaq istədiyi yer almayıb.

Qeyd edək ki, bir neçə gün bundan öncə Arda Turanın meneceri Əhməd Bulud mövsümün sonunda yarımmüdafiəçinin “Atletiko” ilə yeni müqavilə bağlamayacağını bildirmişdir.