“Zlatan” sözü lüğətə daxil edildi
29.12.2012 - 02:57
“Zlatan” sözü lüğətə daxil edildi
PSJ-nin formasını geyinən isveçli ulduz Zlatan İbrahimoviçin adı ölkəsi tərəfindən şərəfləndirilib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçunun adı İsveçin milli lüğətinə daxil edilib.

Bu ölkənin dil şurası “Zlatan” sözünü bu gündən etibarən “qabiliyyət” mənası olaraq təsdiq edib.

Qeyd edək ki, Çempionlar Liqasında Zlatan İbrahimoviç 6 klubunun heyətində rəqib qapılarına qol vurmağı bacarıb.