Bakıda velosipedçilərin yürüşü keçirildi
29.12.2012 - 04:29
Bakıda velosipedçilərin yürüşü keçirildi
Dekabrın 28-də Dənizkənarı Milli Parkda velosipedçilərin növbəti yürüşü keçirilib. Apasport.az saytının məlumatına görə, məqsəd Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramının gəlişi ilə əlaqədar olub.

Tədbirdə yeni ilin gəlişini simvolizə edən şaxta baba və qar qız geyimli velosipedçilər yürüşdən sonra kiçik yaşlı uşaqlara hədiyyələr paylayıb, onlara bayram sevinci bəxş ediblər.

Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Velosiped İdmanı Federasiyası Milli Olimpiya Komitəsinin nəşri olan "Olimpə doğru” jurnalı tərəfindən 2012-ci ildə "İlin ən fəal federasiyası" nominasiyasında birinci yerə layiq görülüb.