“Milan” “Palermo”dan futbolçu transfer edir
29.12.2012 - 06:45
“Milan”ın braziliyalı ulduzları Robinyo ilə Patonun komandadan ayrılacağı gündəmə gəldikdən sonra rəhbərlik bunların əvəzinə yeni futbolçular axtarmağa başlayıb. Apasport.az saytının “La Gazzetta dello Sport”a istinad məlumatına görə, İtaliya klubunun artıq hədəfində olan futbolçunun adı da müəyyənləşib.
Bu “Palermo”da forma geyinən Yosip İliçiçdir. Sloveniya milli komandasının da üzvü olan yarımmüdafiəçi komandanın baş məşqçisi Massimiliano Alleqrinin sərəncamında görmək istədiyi oyunçulardan biridir. Artıq Milan təmsilçisinin rəhbərliyi yaxın günlərdə 24 yaşlı futbolçuya rəsmi təklif göndərməyə hazırlaşır. Tərəflər arasında razılıq əldə olunduğu təqdirdə, İliçiç yanvar ayından etibarən “Milan”ın formasını geyinəcək.
Qeyd edək ki, 1.90 sm boya malik olan Yosip 2010-cu ildən “Palermo”nun heyətində çıxış edir. O, 83 qarşılaşmada meydana çıxıb və rəqib qapılarına 14 qol vurub.

0
0