“Bakı” Ukraynadan məşqçi gətirir
29.12.2012 - 09:26
“Bakı” Ukraynadan məşqçi gətirir
Cari mövsümdə uğursuz çıxış edən “Bakı” Ukraynadan məşqçi dəvət etməyə qərar verib. Apasport.az saytının məlumatına görə, paytaxtın eyniadlı təmsilçisinin rəhbərliyi Vladimir Şexovtsevi məşqçilər korpusunda görmək niyyətindədir.

Daha çox vətənində “Gelios” klubunu çalışdırmaqla tanınan mütəxəssis 8 il bu komandada fəaliyyət göstərib. Qapıçıların çalışdırıcısı və baş məşqçi kimi klubuna xidmət edən Şexovtsev Xarkov təmsilçisini 2-ci dəstədən 1-ciyə yüksəldib.

Qeyd edək ki, “Bakı” daha 1 ukraynalı – hücumçu Roman Loktionovu da heyətinə qatmaq arzusundadır.